Moskvadan Gümrüyə uçan təyyarə təcili eniş etdi

Moskvadan Gümrüyə uçan təyyarə təcili eniş etdi
  30 Aprel 2018    Oxunub:1463
Moskvadan Ermənistanın Gümrü şəhərinə uçan təyyarə Miniralnıye Vodıda təcili eniş etməyə məcbur olub.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna təyyarədə kişi sərnişinin siqaret çəkməsi səbəb olub.
Rusiya DİN-in rəsmisi İrina Volkun sözlərinə görə, ekipajın komandiri təyyarəni hava limanında endirərək kömək üçün nəqliyyat polisinin əməkdaşlarına müraciət edib. Hava limanında 1974-cü il təvəllüdlü sərnişinə qarşı administrativ protokol tətbiq olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti