Namizədlərə sertifikatların verilməsinə başlanıb

Namizədlərə sertifikatların verilməsinə başlanıb
  30 Aprel 2018    Oxunub:1439
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün 27 yanvar və 18 fevralda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə müraciət edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, 27 yanvar və 18 fevral tarixlərində keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 27 yanvarda keçirilən test imtahanından və inzibati vəzifələrin B (inzibati icraçı vəzifələr) növünə aid olan vəzifə qrupları üzrə 18 fevralda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti