Xamenei İsraili cavab zərbəsi ilə hədələdi

Xamenei İsraili cavab zərbəsi ilə hədələdi
  30 Aprel 2018    Oxunub:4715
"İran Suriyadakı obyektlərinə endirilmiş zərbələrə cavab verəcək"
AzVision.az xəbər verir ki, bunu İranin ali rəhbəri ayətullah Əli Xamenei İsrailə cavab olaraq bildirib. O, deyib ki, düşmənlər hər zərbəyə cavab alacaqlar: “Rəqibin zərbə endirdikdən sonra cavabdan qaça bildiyi dövrlər geridə qalıb”.

Qeyd edək ki, Suriyada İran döyüşçülərinin yerləşdiyi obyektlərə raket zərbələri endirilib. Hücum zamanı ölənlər arasında iranlı hərbi müşavirlərin olduğu bildirilir.

AzVision.az


Teqlər: İran   İsrail  



Xəbər lenti