Sarkisyan revanşa hazırlaşır - Karapetyanı ölkədən qovacaq

Sarkisyan revanşa hazırlaşır - Karapetyanı ölkədən qovacaq
  01 May 2018    Oxunub:6527
Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan bu yaxınlarda parlament fraksiyasının üzvləri ilə görüşü zamanı partiya liderinin dəyişdirilməsinin mümkün olduğunu deyib. Sarkisyan, həmçinin partiya nümayəndələrinə deyib ki, onlar Karen Karapetyana (hazırda baş nazir vəzifəsini icra edir-red) qulaq asıb, ona tabe olmamalıdırlar.
AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, artıq hakim partiya daxilində gərginlik artıb. İddia edilir ki, Sarkisyan partiya sədri olaraq qalacaq.

“Serj Sarkisyan partiya sədri olaraq qalır. Bunun əvəzində Karen Karapetyanın Ermənistanı tərk edərək “Qazprom”dakı işinə qayıdacağı istisna olunmur. Məsələ ondadır ki, Karapetyanla partiya nümayəndləri arasında fikirayrılığı daha da dərinləşib. Belə ki, Sarkisyanın istefasından istfadə edən Karapetayn partiyada olan həmkarlarına məhəl qoymayaraq, nəyin bahasına olursa-olsun baş nazir vəzifəsində qalmaq üçün çalışıb və hətta Ermənistandan kənarda da dəstək axtarıb. Bu da Serj Sarkisyan daxil olmaqla digər rəhbər şəxslərin xoşuna gəlməyib” - deyə qəzet yazıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti