“Səsinizi kəsin...” - Şahzadədən qalmaqallı çağırış

“Səsinizi kəsin...” -  Şahzadədən qalmaqallı çağırış
  01 May 2018    Oxunub:1458
“Fələstinlilər ABŞ prezidenti Donald Trampın sülh planını qəbul etməlidir”
AzVision.az “Axios”a istinadən xəbər verir ki, bunu Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman bəyan edib.

Onun fikrincə, fələstinlilər ya ortada olan təkliflərlə razılaşmalı, ya da şikayət etməyi dayandırmalıdırlar: “Fələstin liderləri problemin həlli üçün yaranmış bir neçə fürsəti əldə verib. Onlar bütün sülh təkliflərini rədd ediblər. İndi fələstinlilər ortada olan sülh təkliflərini qəbul edib, masaya əyləşməlidirlər. Ya da səslərini kəsib, şikayət etməyi dayandırmalıdırlar”.

Qeyd edək ki, şahzadə ötən ay New-Yorkda yəhudi təşkilatlarının təmsilçiləri ilə gizli görüş keçirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti