Burcanadze seçilərsə...

Burcanadze seçilərsə...
  09 Oktyabr 2013    Oxunub:1051
Burcanadze prezident seçildiyi təqdirdə Gürcüstana ərazi bütövlüyü vəd edir.
Gürcüstan prezidentliyinə namizədlərdən biri, eks-spiker Nino Burcanadze oktyabrın 27-də qələbə çalacağı təqdirdə Rusiya ilə münasibətləri normallaşdıra biləcəyini söyləyib. AzVsison.az İnterfaks-a istinadən xəbər verir ki, o, “zəmanət yoxdur, amma düzgün addımlar atılarsa, hədəfə çatmaq üçün böyük bir şans var” deyib.

“Mən Vladimir Putinlə o baş nazir olanda görüşmüşəm. Və mən ondan eşitdim ki, rus-gürcü əlaqələrini qaydaya salmaq, Gürcüstanın ərazi bütövlüyünü bərpa eləmək şansı var” – Burcanadze deyib. Onun sözlərinə görə, həmin görüşdə Puyin onu da deyib ki, əgər gürcülər, abxazlar və osetinlər hansı dövlətdə yaşamaq barədə razılığa gəlsələr, Moskva bu seçimə mane olmayacaq.


Teqlər:





Xəbər lenti