Dövlət qulluğuna qəbulla bağlı statistik məlumatlar

Dövlət qulluğuna qəbulla bağlı statistik məlumatlar
  02 May 2018    Oxunub:1308
Dövlət İmtahan Mərkjəzi (DİM) tərəfindən 22.04.2018-ci il tarixində keçirilən test imtahanında ümumilikdə 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin 319 məzunundan 137 nəfər (42.9%), Bakı Dövlət Universitetinin 273 məzunundan 145 nəfər (53.1%) imtahandan uğurla keçib. BDU-nun uğur əldə etmiş məzunlarından 34 nəfərinin, ADİU-nun uğur qazanan məzunlarından isə 66 nəfərinin magistr təhsili var.

"İmtahanda Azərbaycan Turizm İnstitunun məzunlarının 73.3%-i müvəffəqiyyət əldə edib. Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb. Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçib.

Dövlət qulluğuna qəbul imtahanının test imtahanı mərhələsindən qeydiyyatdan keçmiş namizədlərdən 1059 nəfər yalnız bakalavr təhsillidir . Onlardan 457 nəfər uğur qazanıb. Magistr təhsili olan 431 nəfərdən isə 201 nəfər imtahanda uğur qazanıb".

Məlumatda bildirilib ki, 10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 21-dir. "Bu ali təhsil müəssiələrinin 104 məzunu imtahanda iştirak edib və onlardan yalnız 35 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 5.3%-ni təşkil edir.

Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə 7-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 12 nəfər (o cümlədən 5 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib".

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM  





Xəbər lenti