Qardaş qardaşı bıçaqladı

Qardaş qardaşı bıçaqladı
  09 Oktyabr 2013    Oxunub:1261
Qardaş qardaşı mülk üstündə bıçaqladı.
AzVsison.az xəbər verir ki, Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini 64 yaşlı Niyaz Namazov atasına məxsus mülk bölgüsü zamanı yaranan mübahisə nəticəsində qardaşı 53 yaşlı Məhəmmədəli Namazovu bıçaqlayıb.

Döş qəfəsindən 3 bıçaq zərbəsi alan şəxs Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Rayon polis şöbəsindən “Kəpəz TV”yə verilən məlumata görə, bıçaqlanma hadisəsini törədən Niyaz Namazov polislərin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İlkin ifadə zamanı Niyaz Namazov qardaşını ona atasına məxsus mülkdən pay vermək istəmədiyi üçün bıçaqladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti