ABŞ-dakı erməni diasporu da Paşinyanı dəstəklədi

ABŞ-dakı erməni diasporu da Paşinyanı dəstəklədi
  02 May 2018    Oxunub:2143
ABŞ-dakı erməni diasporu İrəvanda keçirilən etiraz aksiyalarına dəstək verib.

AzVision.az xəbər verir ki, ABŞ-da yaşayan fəal Kristine Halacyan xəyanətkar erməni deputatları tənqid edərək xalqı Paşinyanın aksiyalarına qoşulmağa çağırıb.
O, hakimiyyət dairələrinin guya cəbhədə qoşun cəmləşməsi barədə yaydığı videogörüntülərin yalan olduğunu, erməni xalqını bu yolla qorxutmağa çalışdıqlarını bildirib. Halacyan ABŞ-da yaşayan erməniləri Ermənistan istehsalı olan məhsullardan imtina etməyə, restoran və mağazalarda satılan erməni mənşəli məhsulları almamağa, hakimiyyət dairələrini təmsil edən ictimai xadimləri, mügənni və onların mahnılarını yaymağa çalışanları tənqid etməyə çağırıb.

O, bildirib ki, bundan sonra erməni diasporu hazırki Ermənistan hakimiyyətinə yardım etməyəcək. Siyasi fəal əsl müharibənin necə olduğunu Ermənistanın hakimiyyət orqanlarına sübut edəcəklərini bildirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: ABŞ   Paşinyan  



Xəbər lenti