Səsvermə başlayıb
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün seçkinin açılış brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 1400-ə yaxın beynəlxalq təskilatın nümayəndəsi və 52 min yerıi müşahidəçi seçkini izləyəcək: "Həm müşahidəçilər həm də kiv nümayəndələri üçün şərait yaradılıb ki, müşahidə etsinlər. Əsas subyekt Azərbaycan seçiciləridir".
M. Pənahov vurğulayıb ki, MSK şəffaflıq prinsipjmə önəm verdiyi üçün müşahidə etmək istəyənlərə şərait yaradıb: "Bu məqsədlə veb kameralar quraşdırılıb. Onlar artıq fəaliyyətdədir. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytına daxil olmaqla prosesi izləmək olar. Seçki subyektləri böyük çeşiddərdir. MSK maarifəndirmə istiqamətində işlər aparb ki, xoşagəlməz hadisələr baş verməsin".
Daha sonra dövlət himninin səslənib və seçkilərə start verilib.
Qeyd edək ki, 5 milyon 145 min 643 seçici səs verəcək.
Fatimə Kərimli