ABŞ-da təyyarə qəzası: 9 ölü (Yenilənib)

ABŞ-da təyyarə qəzası: 9 ölü (Yenilənib)
  03 May 2018    Oxunub:2939
ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısı ölüb.
CNN-nin məlumatına görə, təyyarənin göyərtəsində 9 nəfər olub.Bundan əvvəl isə hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Qeyd edilib ki, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb.

***
ABŞ-ın Corciya ştatında C-130 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya düşən təyyarə milli qvardiyaya məxsusdur. Hadisə nəticəsində 5 nəfərin öldüyü dəqiqləşib.

Qəzanın səbəbləri araşdırılır. Əlavə məlumat verilməyib.

AzVision.az


Teqlər: ABŞ   Təyyarə   Qəza  



Xəbər lenti