Trampın səhhəti ilə bağlı həkimindən etiraf

Trampın səhhəti ilə bağlı həkimindən etiraf
  03 May 2018    Oxunub:2588
ABŞ prezidenti Donald Trampın keçmiş həkimi Harold Bornstein qalmaqala səbəb olacaq açıqlama verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim CNN-ə müsahibəsində seçki ərəfəsində Trampın səhhəti barədə rəsmi qurumlara təqdim olunan sənədi təzyiq altında hazırladığını etiraf edib.

"Həmin sənədi mən yazmamışam. Bunu Tramp diktə edib" , - həkim deyib. Ağ ev isə hələlik onun dediklərinə münasibət bildirməyib.

Qeyd edək ki, sözügedən sənəddə Trampın səhhətində heç bir problemin olmadığı, psixi durumunun qaydasında olduğu qeyd olunub. Hətta iddia edilib ki, Tramp sağlıq durumuna görə bütün namizədlərdən üstündür.

AzVision.az


Teqlər: Tramp   ABŞ   Həkim  



Xəbər lenti