Türkiyədə ardıcıl iki zəlzələ olub

Türkiyədə ardıcıl iki zəlzələ olub
  03 May 2018    Oxunub:1178
Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 05:32-də qeydə alınan yeraltı təkanların mərkəzi Ankaradan 145 km şimal-qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib. Eyni ərazidə 2 dəqiqə əvvəl 3,8 bal gücündə də təkan qeydə alınıb.

AzVision.az


Teqlər: Türkiyə   Zəlzələ   Ankara  



Xəbər lenti