Suriyadan qalxan Rusiya qırıcısı qəzaya düşdü - Pilotlar öldü

Suriyadan qalxan Rusiya qırıcısı qəzaya düşdü - Pilotlar öldü
  03 May 2018    Oxunub:1447
Suriyada “Hmeymim” hava limanından qalxan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 SM” qırıcı təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qəza nəticəsində hər iki pilot ölüb.

İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin mühərrikinə quş sürüsünün daxil olmasıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Qırıcı  



Xəbər lenti