Azərbaycanda gözün buynuz qişası əməliyyatına başlanılıb?

Azərbaycanda gözün buynuz qişası əməliyyatına başlanılıb?
  04 May 2018    Oxunub:1387
"Azərbaycanda hələlik gözün buynuz qişasının əməliyyatına başlanılmayıb"
Bunu AzVision.az-a açıqlamasında Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin baş həkim vəzifəsini icra edən Səbinə Məcidova bildirib. Onun sözlərinə görə, hazırda mərkəzdə bununla bağlı hazırlıq işləri gedir.

Qeyd edək ki, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ötən gün komitə iclasında Azərbaycanda artıq buynuz qişa əməliyyatlarının icrasına başlanıldığını bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xəstəxana  



Xəbər lenti