CHP-nin prezidentliyə namizədi rəsmən elan edildi

CHP-nin prezidentliyə namizədi rəsmən elan edildi
  04 May 2018    Oxunub:1307
Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədinin adı açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın mayın 4-də keçirilən bağlı iclasında Muharrem İncenin prezidentliyə namizəd olmasına dair qərar qəbul edilib. Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasından fəaliyətdə olan prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyadan Meral Akşener, “Səadət” Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi irəli sürülüb.

AzVision.az



Teqlər: CHP   AKP   Türkiyə  





Xəbər lenti