`Seçici fəallığı ABŞ-dakından yüksəkdir`

`Seçici fəallığı  ABŞ-dakından yüksəkdir`
  09 Oktyabr 2013    Oxunub:948
`Bütün seçki məntəqələrində çox yüksək seçici fəallığı müşahidə olunur.`
Bu barədə açıqlamasında altı məntəqədə olan Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun müşahidəçilər missiyasının tərkibində olan ABŞ-dan müstəqil müşahidəçi Solomon Ortiz bildirib.

O, həmçinin bütün seçki prosesinə hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, seçkiləri müşahidə zamanı əsas məqamlardan biri səsvermə prosesində qayda pozuntularının olmaması və yüksək səviyyəli şəffaflıqdır.

2,5 min seçicinin qeydiyyatda olduğu 22 saylı Nəsimi ikinci Dairə Seçki Komissiyasının 21 və 22 saylı məntəqələrində səsvermə prosesini izləyən Ortiz bildirib: "Seçici fəallığı hətta ABŞ-dakı seçkilərdən də yüksəkdir, seçkilərin özü isə bütün beynəlxalq standartlara cavab verir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.(trend)


Teqlər:  





Xəbər lenti