Atəşkəs pozulub

Atəşkəs pozulub
  09 Oktyabr 2013    Oxunub:979
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Qaraqaşlı, Şuraabad, Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Göygöl, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti