“Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib” - XİN

“Rusiya Qarabağla bağlı mövqeyini dəyişməyib” - XİN
  04 May 2018    Oxunub:2529
Rusiya Dağlıq Qarabağ probleminin həllində ardıcıl xətt götürüb və münaqişə tərəflərinə bundan sonra da kömək edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağla bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Ermənistanda siyasi vəziyyətin sabitləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin yenidən başlayacağını qeyd edən M.Zaxarova deyib: “İndi Ermənistan çətin siyasi dövr yaşayır. Düşünürəm ki, hər halda siyasi sahədə vəziyyətin tamamilə sabitləşməsini gözləmək lazımdır. Ümidvarıq ki, xalq və siyasi qüvvələr rəhbər orqanların tərkibini hüquqi müstəvidə müəyyən edəcəklər və bundan sonra mənə belə gəlir ki, xarici siyasət kursunun yeridilməsi üçün bütün imkanlar olacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da bu sahədə problemlərdən biridir”.

AzVision.az


Teqlər: XİN   Rusiya   Qarabağ  





Xəbər lenti