Erməni deputatların Qarabağa gözlənilməz səfəri

Erməni deputatların Qarabağa gözlənilməz səfəri
  05 May 2018    Oxunub:1664
Ermənistan parlamentinin bir qrup deputatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
AzVision.az news.am-a istinadən xəbər verir ki, deputatlar Qarabağdakı qondarma qurumun rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə Qarabağ münaqişəsinə dair danışıqlar aparılıb. Erməni deputatların müəmmalı səfəri zamanı əsas müzakirə mövzusu Ermənistandakı siyasi böhran olub. Qeyd edilib ki, ölkədə siyasi sabitliyin qurulması çox vacibdir.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti