İsrail Suriyaya “S-300”lərin tədarükünə qarşıdır

İsrail Suriyaya “S-300”lərin tədarükünə qarşıdır
  05 May 2018    Oxunub:1220
“İsrail Suriyanın “S-300” zenit-raket kompleksləri ilə təchiz edilməsinin əleyhinədir və Rusiya ilə qarşılıqlı əlaqə kanalları vasitəsilə buna mane olmağa çalışır”.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə müsahibəsində İsrailin sabiq müdafiə naziri Moşe Yalon bildirib.

“Təbii ki, bu bizim xoşumuza gəlmir. “S-300” zenit-raket kompleksləri daha qüdrətlidir və bu da İsrailin ürəyincə deyil. Biz Suriya Hava Hücumundan Müdafiə sistemini dəf etməyə hazırıq. Bundan sonra İsrail “S-300” zenit-raket komplekslərini araşdırmağa başlayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İsrail   Suriya   S-300  



Xəbər lenti