Tramp Koreya lideri ilə görüşəcək

Tramp Koreya lideri ilə görüşəcək
  05 May 2018    Oxunub:1053
Cənubi Koreya prezidenti Mun Çje İn mayın 22-də ABŞ-a səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə “Ağ ev”in sözçüsü Sara Sandersin yaydığı yazılı açıqlamada qeyd olunur.

Açıqlamada bildirilir ki, bu iki ölkə prezidentinin üçüncü görüşü olacaq və hazırda Koreya-ABŞ münasibətləri çox güclüdür.

Görüş zamanı apreiln 27-də Mun Çje İn və Kim Çen In arasında baş tutan zirvə toplantısı, həmçinin Donald Trampın Şimali Koreya lideri ilə baş tutacaq görüşü müzakirə olunacaq.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampla Kim Çen Inlə görüşünün vaxtı və yerinin bəlli olduğu açıqlayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti