Pakistanın daxili işlər naziri güllələnib

Pakistanın daxili işlər naziri güllələnib
  06 May 2018    Oxunub:4473
Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab əyalətinin Naroval şəhərində silahlı hücuma məruz qalıb.

AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində Axsan İkbal güllə yarası alıb.
Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Gənc oğlan nazirin olduğu avtomobilə yaxınlaşıb və ona atəş açıb. DİN rəhbəri dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisəni törədən şəxs artıq saxlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər: Pakistan   DİN   Sui-qəsd  



Xəbər lenti