"Qalatasaray" liderliyini qorudu

"Qalatasaray" liderliyini qorudu
  07 May 2018    Oxunub:1740
Türkiyə Superliqasının XXXII turunda lider “Qalatasaray” səfərdə “Akhisarspor”la qarşılaşıb.
AzVision.az xəbər verir ki, rəqibini 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” çempionluğa doğru daha bir addım atıb. Beləliklə, bu oyundakı qələbə sayəsində “Qalatasaray” xallarının sayını 69-ya çatdırıb və Superliqadakı liderliyini qoruyub.

Hesablarında 66 xal olan “Fənərbağça” və “Başakşehir” turnir cədvəlində ikinci və üçüncü yerləri bölüşürlər. Bu komandalardan üç xal geridə olan “Beşiktaş” dördüncü sırada qərarlaşıb. “Trabzonspor” 49 xalla beşincidir.

AzVision.az


Teqlər:





Xəbər lenti