Ehud Barak: “Azərbaycan İsraildən müasir silahlar alır”

Ehud Barak: “Azərbaycan İsraildən müasir silahlar alır”
  07 May 2018    Oxunub:9697
“İsrail üçün dinamik inkişaf edən və proqressiv Azərbaycanla münasibət xüsusi əhəmiyyətə malikdir”.
AzVision.az xəbər verir ki, bunu “stmegi.com” informasiya portalına müsahibəsində İsrailin sabiq baş naziri və müdafiə naziri Ehud Barak deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan-İsrail hərbi əməkdaşlığı çox fəal inkişaf edir.

“Rəsmi Bakı İsraildən dron, elektron kəşfiyyat avadanlığı və zirehli tank əleyhinə raketlər, zenit və bir çox başqa müasir silah növləri alır. Bu növ silahların bəziləri döyüş şəraitində uğurla istifadə olunub. Yeri gəlmişkən, İsrail və Azərbaycan əməkdaşlıq etdiyi illər ərzində hərbi sahədə beş milyard dollar məbləğində müqavilə imzalayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunların böyük hissəsi artıq reallaşıb”.

Sabiq nazir qeyd edib ki, ölkələr artıq bir çox sahələrdə əməkdaşlıq edir. Onun sözlərinə görə, İsrailin mütərəqqi və səmərəli fəaliyyət göstərən aqrar sistemlərinin tətbiq etdiyi kənd təsərrüfatı sahəsi də əməkdaşlıq üçün perspektiv sahə ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İsrail   Hərbi   Azərbaycan  





Xəbər lenti