Ən yaşlı seçici Nikolayı taxtda görüb

Ən yaşlı seçici Nikolayı taxtda görüb
  09 Oktyabr 2013    Oxunub:1090
Prezident seçkilərində iştirak edən ən yaşlı seçicinin 124 yaşı var
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya mərkəzinin Müstəqil Mətbuat Mərkəzinə bildiriblər. Qeyd edək ki, bu gün prezident seçkilərində 500 minə yaxın seçici ilk dəfə səs verir. 150 nəfər seçicinin ad günü isə məhz oktyabrın 9-na təsadüf edir. Ölkə üzrə daimi seçicilərin 50,8 faizini qadınlar, 49,2 faizini isə kişilər təşkil edir.

Bu il yaşı 100 və 100-dən yuxarı olan 814 nəfər də bu ilki seçkilərdə iştirak edəcəkdir. İlin ən yaşlı seçicisi isə 89 saylı Göyçay – Ağdaş seçki dairəsində olan Ağdaş rayon sakini 124 yaşlı Dadaşova Gözəl Alı qızıdır.


Teqlər:





Xəbər lenti