Putin dünyanın ən etibarlı maşınında gəzir - FOTOLAR

Putin dünyanın ən etibarlı maşınında gəzir - FOTOLAR
  07 May 2018    Oxunub:57686
Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən inauqurasiya mərasiminə “Vahid modul platforma”sı layihəsi çərçivəsində istehsal edilən yeni limuzinlə gəlib.

AzVision.az xəbər verir ki, premium sinifinə daxil olan və “Prototip A” adı verilən avtomobil təqribən 800 at gücündə mühərrikə sahibdir.
Uzunluğu 6 metr 68 santimetr olan "Aurus" adlı 9 pilləli ötürücü qutu, 6 ton ağırlığında, eyni zamanda manevr gücü və qabiliyyəti yüksək olan “Kortej” seriyasından olan prezident limuzini dünyanın ən etibarlı avtomobili hesab edilir.



Dizayn olaraq “Rolls Royce”a bənzədilən limuzin üçün 50 milyonluq büdcə ayrılıb. Avtomobilin mühərriki “Porsche” mühəndisləri ilə birgə yaradılıb. Kimyəvi silahlara qarşı dözümlü olan limuzinin zirehi yeni nəsil texnologiya əsasında gizli istehsal edilib. Satışa çıxarıacaq avtomobillər isə ilin sonuna kimi tam hazır olacaq.



"Kortej" layihəsi çərçivəsində dövlətin birinci şəxsləri üçün 4 növ avtomobil hazırlanır: limuzin, sedan, yolsuzluq avtomobili və miniavtobus.









İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Putin   Avtomobil  





Xəbər lenti