Rusiya hökuməti istefa verdi

Rusiya hökuməti istefa verdi
  07 May 2018    Oxunub:1595
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verib.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, baş nazir Dmitri Medvedev yeni seçilmiş prezident qarşısında hökümətin buraxılması ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putinin bu gün inauqurasiyası keçirilib. Andiçmə mərasimi 5 min qonağın iştirakı ilə Böyük Kreml sarayında baş tutub. Putin Rusiya Konstitusiyasına əl basaraq and içib. Dövlət himni səsləndikdən sonra prezident vətəndaşlara müraciət edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti