Tramp Qüdsə getməkdən imtina etdi

Tramp Qüdsə getməkdən imtina etdi
  08 May 2018    Oxunub:1445
Prezident Donald Tramp Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, mayın 14-də keçiriləcək mərasimə Trampın tapşırığı ilə ABŞ dövlət katibinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyəti qatılacaq.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Trampın Qüdsə gedəcəyi istisna edilmirdi.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Qüds  



Xəbər lenti