Paşinyan baş nazir seçildi - (Yenilənib)

Paşinyan baş nazir seçildi - (Yenilənib)
  08 May 2018    Oxunub:10573
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkənin yeni baş naziri seçilib.
AzVision.az xəbər verir ki, bu gün Ermənistan parlamentinin keçirilən xüsusi iclasında səsvermə zamanı 59 deputat "Mənim Addımım" Hərəkatının sədri, parlamentdəki "Çıxış" deputat fraksiyasının rəhbəri Nikol Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. İclasda 105 deputatdan 101-i iştirak edib. Seçkinin nəticələrinə əsasən, Paşinyan baş nazir seçilib.

***
(12:00)

Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu başlayıb. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib.

“Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar Paşinyana səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri bu gün seçilməsə, parlament buraxılacaq və növbədənkənar seçki təyin ediləcək.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Baş-nazir   Seçki  





Xəbər lenti