Müxalifətin seçki saxtakarlığının üstü açıldı – FOTO
AXCP gənclər təşilatının yayımladığı birinci videoda guya Şəmkirdə saxta seçicilərin səs verdiyi əks olunub.
Amma videonun yüklənmə tarixinə baxanda bəlli olur ki, o, internetə hələ seçki başlamamışdan - oktyabrın 8-də yüklənib.
Daha bir videonu isə Müsavata yaxın olan minval.az saytı yayıb. Amma bu video da youtube-ə oktyabrın 8-də yüklənib.
Beləliklə, məlum olur ki, müxaliflər əvvəlcədən hazırladıqları böhtan videolarını dünəndən internetə yükləyiblər. Məqsəd onları seçki günü `kompromat` kimi ortaya çıxarmaq olub. Amma bununla əslində özlərinin saxtakarlığını ifşa etmiş olublar.