Paşinyan gələn həftə Putinlə görüşəcək

  08 May 2018    Oxunub : 1512
Paşinyan gələn həftə Putinlə görüşəcək
Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan mayın 14-də Rusiyanın Soçi şəhərində keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya prezidenti Valdimir Putinlə görüşə bilər.
AzVision.az xəbər verir ki, “TASS”-a açıqlama verən Paşinyan iclasda Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu dilə gətirib.

“Əlbəttə, Vladimir Putinlə mayın 14-də Soçidə görüşməyi planlaşdırıram” - yeni baş nazir deyib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Rusiya   Putin