Ermənistanın müdafiə naziri işdən qovulur

Ermənistanın müdafiə naziri işdən qovulur
  08 May 2018    Oxunub:1412
Ermənistan hökumətində ciddi dəyişikliklər baş verəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu yeni baş naziri Nikol Paşinyan bildirib.

“Mən konkret ad deyə bilmərəm. Hökumətdə vəzifələrə bir çox namizədlər mövcuddur. Bütün hallarda hökumətdə ciddi dəyişikliklər olacaq”.

Paşniyan müdafiə naziri Vigen Sarkisyanın vəzifəsindən azad edəcəyini bildirib: “Ölkənin müdafiə nazirini dəyişmək niyyətindəyəm. Çünki, müdafiə nazirini baş nazir təyin edir. Mən də onu dəyişməyə ehtiyac görürəm".

N. Paşinyan, həmçinin vurğulayıb ki, o, milli birlik hökuməti yaratmaq niyyətindədir.

Qeyd edək ki, artıq Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan vəzifəsindən istefa verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti