Ermənistanda kütləvi istefalar - Karapetyan da getdi

Ermənistanda kütləvi istefalar - Karapetyan da getdi
  08 May 2018    Oxunub:1306
Ermənistanın hökumət aparatının rəhbəri Vaqe Stepanyan vəzifəsindən azad edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan qərar imzalayıb. Karapetyan digər qərarla Artur Sarkisyanı müvəqqəti olaraq Ermənistan hökuməti aparatının rəhbər təyin edib.

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan da istefa verib. O, qərarını siyasi vəziyyətin dəyişməsi ilə əlaqələndirib.

Eyni zamanda baş nazirin köməkçisi əvəzi Vladimir Akopyan vəzifəsindən azad edilib. Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan da istefa verib. O, bunu “Facebook” səhifəsində yazıb. Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti