Ərdoğan rəqibini "pəhləvan"a bənzətdi
“Partiya sədrliyinə namizəd olan, amma seçilə bilməyən birini prezidentliyə namizəd kimi irəli sürüblər. CHP-nin başındakı şəxs namizəd üçün bir çox tələb saymışdı. Amma namizəd açıqlananda tələblərlə onun uyğunluğunu görən çox adam tapılmadı. Seçicilərinə başqa partiyaların namizədləri üçün vəzifə veriblər. Buna da demokratiya deyirlər. Qorxuram bu işin sonu CHP-nin topdan satışına qədər gedər”, - Ərdoğan deyib.
Prezident bildirib ki, M.İncə xalqı əyləndirməklə məşğuldur: Seçki kampaniyasında CHP-nin başındakı şəxsə, yoxsa irəli sürülən fağıramı baxacağıq, onu bilmirik. Ortada bir əsli, bir də kuklası var. Bu tip və namizədinin macəralarını seçkiyə qədər izləyəcəyik. Ötən 16 il boyunca heyfislənirəm ki, özümüzə layiq ana müxalifət tapa bilməmişik.
Bizi dəli edəcəklərini söyləyərək yola çıxmışdılar. Haqlarını vermək lazımdır. Dəli etməsələr də, təəccübləndirməyi bacardılar. Daim bizə meydan oxuyan, hərəkət edin dediyimizdə, küncə-bucağa qaçan bu yalançı pəhləvan heç bir işə yaramasa da, millətimizi əyləndirir”.
Kənan Məmmədov
AzVision.az