Medvedev yenidən Rusiyanın baş naziri oldu

Medvedev yenidən Rusiyanın baş naziri oldu
  08 May 2018    Oxunub:2591
Rusiya Federasiyası Dövlət Dumasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Dmitri Medvedevin hökumət başçısı vəzifəsinə təyin olunması məsələsinə baxılıb. İclasda, həmçinin Rusiyanın yeni prezidenti Vladimir Putin də iştirak edib.

Dmitri Medvedev deputatların suallarını cavablandırdıqdan sonra səsvermə keçirilib. Medvedevin lehinə 374 deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Bununla da baş nazir vəzifəsinə Medvedevin namizədliyi təsdiqlənib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Baş-nazir   Dmitri-Medvedev  





Xəbər lenti