Türkiyə ABŞ-ın hədəsindən qorxmadı - Rusiyadan “S-400” alınacaq

Türkiyə ABŞ-ın hədəsindən qorxmadı - Rusiyadan “S-400” alınacaq
  08 May 2018    Oxunub:1621
“Rusiya “S-400” raket əleyhinə müdafiə sistemlərini razılaşdırılmış müddət ərzində Türkiyəyə təhvil verəcək”.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi katibi İsmayıl Dəmir deyib.
Dəmir ABŞ-ın Türkiyənin Rusiyadan “S-400” raket əleyhinə müdafiə sistemlərini almağa davam edəcəyi halda rəsmi Ankaraya qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Türkiyə və Rusiya liderləri dəqiq qərar qəbul ediblər və mümkün məhdudiyyətlər bu qərara təsir göstərməyəcək. Bu, uşaq oyunu deyil ki, bu gün başqa bir şey deyilsin, digər gün başqa. Ölkəmizin maraqlarına uyğun siyasət yeritmək üçün müstəqil qərar qəbul etmək çox vacibdir. Ümid edirik ki, Türkiyənin müttəfiqləri bir məsələni digəri ilə qarışdırmaz və vəziyyəti sağlam düşüncə ilə qiymətləndirər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti