MSK-dan 12:00-a olan son məlumat

MSK-dan 12:00-a olan son məlumat
  09 Oktyabr 2013    Oxunub:1099
Ölkə üzrə seçici aktivliyi ilə bağlı saat 12:00-a olan nəticələr açıqlanıb.
AzVision.az xəbər verir ki, SİM-nin rəhbəri Rüfət Gülməmmədov bildirib ki, indiyə qədər səsvermədə 189 4050 iştirak edib. Respublika üzrə seçicilərin aktivliyi isə 36, 82 faizdir.
Ən aktiv seçici fəallığı 14 saylı Xəzər, Xəzər Pirallahı, Salyan şəhər dairəsindədir. Bakı üzrə ən zəif fəallıq Qaradağ Binəqədi seçki dairəsidir-26,22. Ölkə üzrə ən aktiv Salyan Neftçala seçki dairəsidir-43,88. Ən passiv fəallıq isə 40 saylı Kəpəz seçki dairəsidir-27,5 faiz

SİM rəhbəri bildrib ki, qaynar xəttə indiyə qədər daxil olan online müraciətlərin sayı 36, zənglərin sayı 69, facebook vasitəsilə isə 10 müraciət daxil olub. Bu məlumatlar şikayət yox , informasiya xarakterlidir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti