Trampdan İranla bağlı kritik qərar - ABŞ nüvə sazişindən çıxdı (Yenilənib)

Trampdan İranla bağlı kritik qərar - ABŞ nüvə sazişindən çıxdı (Yenilənib)
  09 May 2018    Oxunub:4744
ABŞ prezidenti Donald Tramp İranla bağlı kritik qərarını açıqlayıb.
AzVision.az xəbər verir ki, Tramp canlı yayıma çıxaraq ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyi elan edib.

ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

***
(20:26)

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla bağlanmış nüvə sazişindən çıxacağını bəyan edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bununla bağlı qərarını Fransa prezidenti Emmanuel Makrona telefon danışığı zamanı deyib.

Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğu bildirib.

Qeyd edək ki, rəsmi Tehran ABŞ-ın nüvə sazişindən çıxacağı halda adekvat cavab tədbirləri görəcəyini bəyan edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp   İran   Nüvə  



Xəbər lenti