TRT seçkiləri işıqlandırır

TRT seçkiləri işıqlandırır
  09 Oktyabr 2013    Oxunub:923
Türkiyənin TRT kanalı Azərbaycanda keçirilən prezident seçkilərini üç çəkiliş qrupu ilə işıqlandırır.

TRT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, TRT Bakı Təmsilçiliyi tərəfindən hazırlanan xəbərlər və canlı bağlantılar "TRT Haber" və "TRT Avaz" kanallarından Türkiyədə ekranlarda nümayiş etdirilir: "TRT-nin çəkiliş qrupları son iki gündə Azərbaycandakı prezident seçkiləri prosesini canlı yayımladı, özəl dosyelər və xəbərlərlə TRT ekranlarına, internet və sosial media səhifələrinə daşıdı. Seçkilərin nəticələrini Türkiyəyə çatdıran da TRT olacaq. Gün boyunca Azərbaycandakı seçki prosesi canlı bağlantılarla TRT ekranlarına gələcək".

Nümayəndəliyin yaydığı məlumatda qeyd edilib ki, TRT-nin Bakı təmsilçisi Yüksel Değercan seçkilərin nəticələrinin saat 19:40-dan etibarən 2 saat ərzində AzTV studiyalarından həyata keçiriləcək yayımla "TRT Avaz" ekranlarına gələcəyini söylədi.
TRT müxbiri Əmrah Timuçin Yazıçının moderatorluğunda baş tutacaq yayımın qonaqları isə Türkiyənin Bakıdakı səfiri Alpər Coşqun, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, azərbaycanlı deputat Qənirə Paşayeva, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Türkiyə Masasının rəhbəri Çavid Vəliyev, APA-nın baş direktoru Vüsalə Mahirqızı və Azərbaycan Türkiyə Sənayeçi İş Adamları Birliyinin sədri Murad Bakır olacaqlar.

Proqramda seçkilərin nəticələri bütün detalları ilə dəyərləndiriləcək, Azərbaycan və Türkiyə əlaqələri, Azərbaycanın bölgədə mühüm bir gücə çevrilməsi kimi məsələlər müzakirə ediləcək.(trend)


Teqlər:





Xəbər lenti