Fransa, Almaniya və Britaniya Trampı dəstəkləmədi

Fransa, Almaniya və Britaniya Trampı dəstəkləmədi
  09 May 2018    Oxunub:1042
Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması müzakirə edilib.

Üç ölkə lideri Trampın qərarını kədər və narahatlıqla qarşıladığını bildirib. Birgə bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu vurğulanıb.

AzVision.az


Teqlər: Fransa   Almaniya   Britaniya   Tramp  





Xəbər lenti