İsrail Suriyaya zərbə endirdi

İsrail Suriyaya zərbə endirdi
  09 May 2018    Oxunub:1254
İsrail Silahlı Qüvvələri Suriyanın paytaxtı Dəməşq ətrafında yerləşən Əl-Kisvadakı hərbi bazaya hava zərbəsi endirib.
AzVision.az SANA agentliyinə istinadən xəbər verir ki, hava hücumu nəticəsində 2 mülki şəxs ölüb.

Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin 2 raketini zərərsizləşdirib. İsrail hərbçiləri Suriyaya hava zərbəsi ilə bağlı şərh verməyiblər.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu İranın Suriyada “çox təhlükəli silah” yerləşdirərək İsrailə hücum etməyi planlaşdırdığını bildirib. O, həmçinin ölkənin şimal sərhədlərində düşmən İranın hərbi mövcudluğuna imkan verməyəcəyini vurğulayıb.

AzVision.az


Teqlər: İran   İsrail  





Xəbər lenti