“Uduzan ABŞ olacaq” - Ərdoğan İranı dəstəklədi

“Uduzan ABŞ olacaq” - Ərdoğan İranı dəstəklədi
  09 May 2018    Oxunub:960
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla bağlanılan nüvə razılaşmasından çıxmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Ərdoğan bu məsələdə uduzan tərəfin ABŞ olacağını deyib.

“Uduzan ABŞ olacaq. Çünki siz imzaladığınız razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq müqavilələri istədiyiniz zaman poza və ya davam etdirə bilməzsiniz. Bu, qəbuledilməzdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   İran   ABŞ   Nüvə  





Xəbər lenti