Rusiya İranın müdafiəsinə qalxdı

Rusiya İranın müdafiəsinə qalxdı
  09 May 2018    Oxunub:1353
Rusiya İranın nüvə proqramı üzrə beynəlxalq razılaşmanın iştirakçısı olaraq qalmaqda davam edəcək.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib. Lavrovun müavini Sergey Ryabkov isə ABŞ-ın İranla nüvə anlaşmasından çıxmasını qınayıb: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də təsdiq edir ki, İran öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Odur ki, nüvə sazişinin pozulmasına heç bir əsas yoxdur.”- deyə Ryabkov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasından çıxdıqlarını və yarım il ərzində İrana qarşı sanksiyaları bərpa edəcəklərini açıqlayıb. Buna baxmayaraq, Rusiya da daxil olmaqla, sazişin digər iştirakçıları olan Çin, Fransa, Almaniya, Böyük Britaniya mövcud anlaşma üzrə birgə fəaliyyətə sadiq qalacaqlarını bəyan ediblər. 2015-ci ilin iyulunda imzalanan nüvə sazişinə görə, beynəlxalq sanksiyaların götürülməsi müqabilində rəsmi Tehran nüvə proqramını dondurmağa razılaşıb.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   İran  





Xəbər lenti