“Ermənistan Rusiyasız Qarabağı əlində saxlaya bilməz” - İsveçrə nəşri

“Ermənistan Rusiyasız Qarabağı əlində saxlaya bilməz” - İsveçrə nəşri
  09 May 2018    Oxunub:2814
“İki qonşusu ilə mübahisəsi olan Ermənistan Rusiyadan çox asılıdır”.

AzVision.az xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” nəşri məlumat yayıb. Qeyd olunub ki, dünya bankının məlumatına görə, ermənilərin 40 faizdən çoxu yoxsulluq həddindən aşağı yaşayır:
“Yəni, gündə 5 dollar məbləğində qazanc əldə edirlər. Kiçik Qafqaz ölkəsi olan Ermənistan bu halda gənc və yaxşı təhsilli insanlara heç bir perspektiv təklif edə bilməz. Ölkə iqtisadiyyatı çoxşaxəli deyil, malların böyük hissəsi Gürcüstan vasitəsilə Rusiyaya ixrac olunur. Ölkəyə Rusiya, Amerika və Fransada yaşayan diaspor nümayəndələrinin göndərdiyi vəsait hesabına pul daxil olur”.

Məqalədə qeyd olunub ki, rəsmi İrəvanın Rusiyadan asılılığı böyükdür və bu, durmadan artır: “Mühüm şirkətlər rusiyalı iş adamlarına məxsusdur. Dövlət isə Rusiya kreditləri sayəsində ayaq üstündə dayana bilir. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Ermənistandakı Rusiya hərbi bazası olmadan, yəqin ki, rəsmi İrəvanın bu regionu (Red-Dağlıq Qarabağ) əlində saxlaması mümkün olmayacaq. Digər tərəfdən Ermənistanın qondarma "erməni soyqırımı" məsələsinə görə də Türkiyə ilə münasibətləri pozulub”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qarabağ   Ermənistan   Rusiya  





Xəbər lenti