Konqres İrana görə Trampı kəskin tənqid etdi

Konqres İrana görə Trampı kəskin tənqid etdi
  09 May 2018    Oxunub:1364
Trampın İranla nüvə sazişindən çıxmaq qərarı ABŞ Konqresində kəskin tənqid olunub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Demokratların əksəriyyəti və hətta Respublikaçılar partiyasının bir çox üzvü Trampın bu addımını “tarixi miqyaslı səhv” adlandırıb. Konqresmenlər bildiriblər ki, İranın müqavilənin şərtlərini pozduğuna dair heç bir sübut olmayıb.

Onların özlərinə görə, hazırda İranın nüvə yox, Suriyadakı fəaliyyəti daha çox təhdid yaradır ki, Trampın qərarilə ABŞ Tehran üzərində təzyiq rıçaqından tamamilə məhrum olub. Konqresmenlər, həmçinin müştərək hərtərəfli fəaliyyət planından çıxmağın ABŞ və müttəfiqləri arasında uçuruma, nətəcədə isə ölkənin təcrid olunmasına gətirib çıxaracağını bildiriblər.



Trampın qərarına nüvə sazişinin memarlarından olan, Amerikanın sabiq prezidenti Barak Obamadan da münasibət gəlib. “Bu, ciddi səhvdir. Saziş olmadan ABŞ son nəticədə nüvə silahına malik İranla, Yaxın Şərqdə daha bir məğlub müharibə qarşısında qalacaq.”- deyə Obama bildirib.



2016-cı il prezident seçkilərində Trampın rəqibi olan Hillari Klinton onun qərarını kəskin şəkildə qınayıb: “Bu, ABŞ-ın təhlükəsizliyi və avtoritetinə ziyan vurur. Çünki İran indi daha təhlükəlidir. Bəs “Plan-B” nədən ibarətdir? Kimlər düşünürsə ki, cavab bombardmandır, yanılır.”

Hillarinin fikrincə, ABŞ avtoritetinin zədələndiyi indiki məqamda İranı ikinci dəfə danışıqlar masasına qaytarmaq daha çətin olacaq.

Qeyd edək ki, hazırda ABŞ konqresmenləri Trampın İranla nüvə sazişindən çıxmaqla bağlı qərarının icrasına mane olmaq üçün yollar axtarırlar.

AzVision.az


Teqlər: ABŞ   İran   Konqres  





Xəbər lenti