Rusiya NATO ilə barışmaq istəyir

Rusiya NATO ilə barışmaq istəyir
  09 May 2018    Oxunub:1066
Rusiyanın və Avropa ölkələrinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi naminə NATO-Rusiya Şurasının fəaliyyəti yaxın gələcəkdə bərpa oluna bilər.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə açıqlamasında deyib.

“Biz dialoqdan qaçmırıq. Problem ondadır ki, NATO baş katibi dialoqun davam etdirilməsi və gərginliyin azaldılmasının vacibliyinə dair bəyanat verir. Amma praktiki fəaliyyətində NATO bunun əksini edir. Məsələn, Rusiyanın Brüsseldəki diplomatlarına qarşı növbəti məhdudlaşdırıcı tədbirlər paketi qəbul edir” - deyə Qruşko bildirib.

Bununla belə, Rusiya XİN rəsmisi yaxın perspektivdə Şuranın işinin bərpa olunacağını istisna etməyib.

Qeyd edək ki, 2002-ci ildə soyuq müharibədən sonra NATO və Rusiya arasındakı hərbi-siyasi münasibətləri və beynəlxalq terrorizmə qarşı birgə mübarizəni koordinasiya etmək üçün yaradılan NATO-Rusiya Şurasının fəaliyyəti 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra dayandırılıb.

İraq və Suriyadakı münaqişələr fonunda ikitərəfli hərbi təmaslar ilk dəfə 2017-ci ilin fevralından Bakı şəhərində bərpa edilsə də, NATO-Rusiya Şurası hələ ki, tam fəaliyyət göstərmir.

AzVision.az


Teqlər: Rusiya   NATO  





Xəbər lenti