Paşinyan separatçılıqda Sarkisyanı geridə qoydu

Paşinyan separatçılıqda Sarkisyanı geridə qoydu
  09 May 2018    Oxunub:2334
Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanla görüşən Ermənistanın yeni baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmağa hazır olduğunu deyib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunula belə o, hətta Serj Sarkisyanı geridə qoyan daha kəskin separatçı mövqe sərgiləyib:

“Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz. Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”.

Bu cür destruktiv və beynəlxalq hüquqa zidd bəyanatına rəğmən, Paşinyan münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını, güc tətbiqinin qəbuledilməzliyini bildirib.

AzVision.az


Teqlər: Qarabağ   Paşinyan  





Xəbər lenti