“Türkiyə ilə danışıqlara hazırıq” - Paşinyan

“Türkiyə ilə danışıqlara hazırıq” - Paşinyan
  09 May 2018    Oxunub:1373
Ermənistan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulmasına hazırdır.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın yeni baş naziri Nikol Paşinyan işğal altında olan Xankəndidə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə şərtlər irəli sürür. Münasibətlərin qurulması üçün üçüncü ölkəyə aid şərtlər irəli sürmək məntiqsizlikdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlər olmadan münasibətlər qurmağa hazırıq...", - deyə Paşinyan vurğulayıb.

AzVision.az


Teqlər: Paşinyan   Ermənistan   Türkiyə  





Xəbər lenti