Fransa prezidenti Ruhaniyə zəng edib

Fransa prezidenti Ruhaniyə zəng edib
  09 May 2018    Oxunub:968
Fransa prezidenti Emmanuel Makronla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, telefon danışığı Makronun təşəbbüsü ilə baş tutub. Fransa prezidenti Ruhaniyə bildirib ki, ölkəsi nüvə sazişini davam etdirmək niyyətindədir.

"İranın anlaşmaya sadiq qalması vacibdir"- Makron deyib.

Bundan əlavə, İran və Fransa XİN rəhbərləri arasında yaxın zamanlarda görüşün keçirilməsi barədə razılıq əldə olunub.

AzVision.az


Teqlər: Fransa   İran   Nüvə  





Xəbər lenti